AVRO-2024: millimiz qələbə qazanıb

post-img

Bu gün AVRO-2024-ün seçmə mərhələsinin VII turu çərçivəsində səfərdə Estoniya millisinin qonağı olan Azərbaycan yığması qələbəyə sevinən tərəf olub. 

Səfərdə oynamasına baxmayaraq rəqib meydanda inamlı mübarizə aparan Azərbaycan millisi birinci hissəyə daha fəal başlayıb. Elə bunun nəticəsidir ki, artıq doqquzuncu dəqiqədə Toral Bayramov meydan sahiblərini yenidən matça mərkəzdən başlamağa məcbur edib-1:0. İlk hissənin əsas vaxtına əlavə edilmiş 4-cü dəqiqədə isə (45+4) meydana Ramil Şeydayev çıxıb. Bu dəfə Azərbaycan millisinin qazandığı 11 metrəlik cərimə zərbəsini dəqiq yerinə yetirən R.Şeydayev hesabı 2:0- çatdırıb. Komandalar fasiləyə bu hesabla yollanıblar.

İkinci hissədə də inamlı oyun nümayiş etdirən Azərbaycan millisi rəqib üzərində pressinq tətbiq edərək, oyunda vəziyyətə nəzarət etməyi bacarıb. İkinci hissədə də qapısının toxunulmazlığını qoruyub saxlayan Azərbaycan millisi Estoniya yığması üzərində 2:0 hesablı qələbə qazanıb. 

Qeyd edək ki, bu qələbə sayəsində "F" qrupunda mübarizə aparan millimiz hesabındakı xalların sayını 4-ə çatdıraraq dördüncü yerdə qərarlaşıb.

Elçin ABBASOV
XQ

İdman