Futzal millimiz bu dəfə də məğlub olub

post-img

DÇ-2024-ün elit-raund mərhələsində futzal mil­limiz növbəti oyununu keçirib. 

Komandamız Astanada Qazaxıstan yığması ilə üz-üzə gəlib. “Jekpe Jek” arenasında oynanılan matç­da millimiz rəqibə 3:2 hedabı ilə uduzub.

Azərbaycan millisinin heyətində Amedeu və Ever­ton Kardoso fərqləniblər.

Qarşılaşmanı sloveniyalı hakimlər Trayan Ençev, Kaloyan Kirilov və İvo Tsenov idarə ediblər. 

Qeyd edək ki, 6 gün əvvəl yığmamız Bakıda rəqi­binə 2:4 hesabla məğlub olmuşdu.

Leyla SABİRQIZI
XQ

İdman