Çempionlarımızı tanıyaq!

post-img

Bakıda “Çempionlarımızı tanıyaq!” layihəsi start götürüb. Yunan-Roma güləşi üzrə 2 qat dün­ya, 3 qat Avropa çempionu, olimpiadanın bürünc mükafatçısı Rafiq Hüseynov layihənin ilk qonağı olub. 

Bakı Şəhər Gənclər və İd­man İdarəsinin təşkilatçılığı ilə Sabunçu Gənc­lər Evində ke­çirilən tədbirdə güləşçi yeniyet­mə və gənclər­lə görüşüb, id­manda əldə etdiyi nailiyyətlərdən danışıb. O qeyd edib ki, uğur qazanmaq üçün əzmkarlıq, qətiyyətlə yanaşı, nizam-intizam da vacibdir. Gənclərə həmişə mübariz olmağı tövsiyə edən çempion bildirib ki, insan məqsə­də çatmaq üçün ciddi səy göstərməlidir. 

Rafiq Hüseynov 150-dən çox yeniyetmə və gəncin iştirak etdiyi görüşdə ona ünvanlanan sualları ətraflı cavablandırıb.

Leyla SABİRQIZI
XQ

İdman