“Qarabağ” dünya reytinqində irəliləyib

post-img

“Qarabağ” dünya rey­tinqində irəliləyib. 

Bu barədə məlumat Bey­nəlxalq Futbol Tarixi və Sta­tistikaları Federasiyasının (İFFHS) açıqladığı yeni dün­ya reytinqində öz əksini tapıb. 

Azərbaycanın 3 təmsilçi­sinin düşdüyü siyahıda 414 komanda yer alıb. 

Ötən ay 64-cü pillədə qərarlaşan “Qarabağ” hesa­bındakı 144,5 xalla 61-ci yerə yüksəlib. Azərbaycan çempionu “Ayaks” (Niderland), “River Pleyt” (Argenti­na) “Çelsi”, “Tottenhem” (hər ikisi İngiltərə), “Atletiko” (İspaniya) və “Marsel” (Fransa) kimi klubları qabaq­layıb. 

Komandalarımız “Sabah” və “Neftçi” isə geriləyib­lər. 63,5 xalı olan bakılılar 286-cı yerdən 302-ci pilləyə düşüblər. Aktivində 61,75 xal olan “Neftçi” isə 311-ci yerdən 318-ə yuvarlanıb. 

Dünya reytinqində İngiltərənin “Mançester Siti” klubu (304 xal) liderlik edir. İspaniya təmsilçisi “Real” 291 xalla ikinci, İtaliya “İnter”i (254) üçüncü pillədədir. 

 

Leyla SABİRQIZI
XQ

İdman