“Qobustan” dərgisi “muzeyləşib”

post-img

Sənət toplusu kimi 1969-cu ildən buraxılan “Qobustan” dərgisinin yenicə işıq üzü görən payız sayında bütünlüklə gənclərin milli-mədəni, estetik tərbiyəsində xüsusi önəm daşıyan muzeylərdən bəhs edilib. 

Bu sayda həm pay­taxtda, həm də bölgələ­rimizdə olan müxtəlif muzeylər haqqında ge­niş araşdırma yazıları yer alıb. Sənətşünas Ayaz Salayev, publisist Esmira Nəzərli, yazı­çı-publisist Narıngül Na­dir, şair-esseist Ramil Əhməd, ədəbiyyatşünas Minəxanım Təkləli, Dür­danə Qurbanova, yazı­çı-dramaturq Pərvin və digər müəlliflərin yazı­larında düşmənin talan etdiyi Şuşa muzeylərinə, Milli Ədəbiyyat, İncəsənət və Tarix muzeylərinə, 100 yaşlı Milli Kitabxanaya və digər sənət məbədlərinə səyahət edilib. 

Dərgidə milyonçu-mesenat Hacı Zeynalabdin Tağıyevin, unudulmaz Xalq şairi Səməd Vurğu­nun Ev-muzeyləri haqqında yazılar da verilib. Bu məqalələr böyük şəxsiyyətlərin həyat hekayələrinə onların maddi yadigarları vasitəsilə nəzər salmaq fürsəti yaradır. Quba Memorial Kompleksi və Rep­ressiya muzeyləri haqqında dərgidə verilmiş mate­riallarda isə xalqımızın keçdiyi çətin və kəşməkəşli, eyni zamanda qürur dolu tarixi yoldan bəhs edilir. 

Qeyd edək ki, “Qobustan”ın yaradıcı heyəti hər il dərginin bir neçə sayını belə aktual tematik mövzula­ra həsr etməklə diqqətdən kənarda qalmış ayrı-ayrı sənət sahələri və ictimai-mədəni hadisələrin popul­yarlaşmasına töhfə verməyə çalışır. 

XQ

Mədəniyyət