"İrəvan" FK növbəti qələbəsini qazandı

post-img

Bu gün futbol üzrə Azərbaycan I Liqasının 4-cü turu çərçivəsində İrəvan Futbol Komandası növbəti matçını keçirib.

“İrəvan”FK-nın mətbuat xidmətinin rəhbəri Mübariz Süleymanlıdan aldığımız məlumata görə, ASK Arenada "Araz Saatlı" komandasını qəbul edən  “İrəvan” futbol komandası xal ehtiyatını artırıb. Belə ki, gərgin idman mübarizəsi şəraitində keçən oyunda meydan sahibləri 7: 0 hesabı ilə qələbə qazanıb.

XQ

 

 











İdman