“NTD” – “Xəzri”: 70–59

post-img

Azərbaycan Basketbol Liqasında (ABL) 2023–2024-cü illər mövsümü öncəsi, klublarımız hazırlıqlarını davam etdirirlər. Bu barədə “XQ”-yə Azərbaycan Basketbol Federasiyasından məlumat verilib. Bildirilib ki, Azərbaycan Texniki Universitetinin idman zalında, çempionatın debütantı “Xəzri” klubu ilə, “NTD” arasında yoldaşlıq görüşü keçirilib. 

Maraqlı keçən görüşdə hər iki ko­manda öz yeni basketbolçularının oyununu sınaqdan keçiriblər. Qarşı­laşma “NTD” klubunun 70-59 hesablı qələbəsi ilə yekunlaşıb. 

Elçin ABBASOV
XQ

İdman