Təzyiq normal olarsa...

post-img

Tərkibində kversetin flavanoidi olan qida və içkilər arterial təzyiqin dərmanıdır. Bu maddə qırmızı, yaşıl və bənövşəyi meyvə-tərəvəzlərdə olur. Çinin Cənub Tibb Universitetinin alimlərinin araşdırmalarından bəlli olub ki, həmin meyvə-tərəvəzlərdə olan kverset maddəsi təzyiqi aşağı salır. Təzyiqdən əziyyət çəkən 900 insanın sağlamlıq durumu təhlil edilib. 

Tədqiqatçıların töv­siyəsi ilə həmin insanlar tədqiqat müddətində men­yularında daha çox tərki­bində kversetin olan alma, üzüm, qaragilə, ispanaq, kələm, çay, qırmızı şərab, pomidordan istifadə edib­lər. 

Alimlər bildiriblər ki, ar­terial təzyiqin azı 10 mm salınması ürək-damar xəstə­likləri riskini 50 faiz azaldır. Ona görə də qırmızı şərab, qırmızı alma və ispanaq təz­yiq xəstələrinin masasında olmalıdır. 

Z.HÜSEYNLİ
XQ

Sosial həyat