Almaniyanın “Notus” şirkəti Naxçıvanda yaşıl enerji layihələri reallaşdırmaq niyyətindədir

post-img

“TotalEnergies” və “Nobel Energy” şirkətləri ilə ümumi gücü 650 MVt olan günəş elektrik stansiyalarının inşası və istehsal ediləcək elektrik enerjisinin Türkiyəyə ixracı üzrə əməkdaşlıq edirik. “Nobel Energy” şirkəti ilkin mərhələdə 100 MVt gücündə günəş elektrik stansiyasını istifadəyə verməyi planlaşdırır.

Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gün Naxçıvan şəhərində keçirilən Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu və “Naxçıvan - Yaşıl Enerji Zonası” Beynəlxalq Konfransında çıxışında bildirib.

O qeyd edib ki, “Masdar” şirkəti ilə ilkin mərhələdə gücü 150 MVt olan günəş elektrik stansiyasının tikilməsi nəzərdə tutulur.“Czech Engineering” şirkəti isə Sədərək rayonunun Türkiyə ilə sərhədində günəş elektrik stansiyalarının inşası, enerji ötürücülərinin tikilməsi və istifadəsi üzrə əməkdaşlıqda maraqlıdır.

Onun sözlərinə görə, Almaniyanın “Notus” şirkəti Naxçıvanda yaşıl enerji layihələri reallaşdırmaq niyyətindədir. İlkin mərhələdə pilot layihə olaraq 70 MVt-lıq günəş elektrik stansiyasının Naxçıvanın şimal-qərbində - Türkiyə ilə sərhədə yaxın ərazidə inşası nəzərdən keçirilir.

İqtisadiyyat