Hakimlər də transfer olunacaq

post-img

Səudiyyə Ərəbistanı Liqasının oyunlarını digər ölkələrin hakimləri idarə edə bilərlər. “XQ” bildirir ki, bu barədə İngiltərənin nüfuzlu “The Times” nəşri yazıb. 

Məlumatda bildirilir ki, yerli federa­siya artıq bir neçə ədalət təmsilçisi ilə danışıqlar aparıb. Qurum ölkə çempio­natının daha da inkişaf etdirilməsi üçün hakimləri transfer etmək niyyətindədir. 

Nəşr İngiltərədəki Premyer Liqa re­ferilərinin illik 120-300 min funt-sterlinq qazandıqlarını, lakin Səudiyyə Ərəbis­tanında bu rəqəmin daha yüksək ola biləcəyini vurğulayıb. 

Qeyd edək ki, sözügedən ölkə təm­silçiləri yay transfer dönəmində bir neçə ulduz futbolçunu heyətlərinə qatıblar. 

Elçin ABBASOV
XQ

İdman