Voleybolçularımız Türkiyədə

post-img

Dünən Azərbaycanın çimərlik voleybolçuları iki beynəlxalq yarışda iştirak etmək üçün Türkiyəyə yola düşüblər. 

“XQ” Azərbaycan Voleybol Fede­rasiyasının mətbuat xidmətinə istina­dən xəbər verir ki, təmsilçilərimiz ilk olaraq 29 sentyabr-1 oktyabr tarixlərin­də Türkiyənin Mersin şəhərində təşkil olunacaq “Bioderma Pro Beach Tour” açıq çempionatında qüvvələrini sına­yacaqlar. Bu yarışda ölkəmizi bir qa­dın (“Azərreyl”) və iki kişi komandası (“MUROV AZ TERMİNAL-1”, “MUROV AZ TERMİNAL-2”) təmsil edəcək. 

Voleybolçularımızın növbəti sına­ğı isə Türkiyənin Balıkesir şəhərində olacaq. Burada təmsilçilərimiz CEV klublararası Avropa Kubokunda (Beach Volley European Cup) öz qüvvələrini sınayacaqlar. Yarışda ölkəmizi qadın­lardan “Azərreyl” və kişilərdən ibarət “MUROV AZ TERMİNAL” komandaları təmsil edəcək. Kubok oyunları 5-8 oktyabr tarixlərində baş tutacaq. 

Elçin ABBASOV
XQ

İdman