Birinci vitse-prezident Mehriban Əliyeva Qənirə Paşayevanın dəfni ilə bağlı məsələləri nəzarətə götürüb

post-img

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Milli Məclisin deputatı Qənirə Paşayevanın dəfni ilə bağlı məsələlər nəzarətə götürülüb.

Bu barədə jurnalistlərə açıqlamasında deputatın əmisi Qəzənfər Paşayev deyib. O bildirib ki, Qənirə Paşayevanın dəfn mə­rasimi sabah İkinci Fəxri xiyabanda olacaq.

Qeyd edək ki, Milli Məclisin Mədə­niyyət Komitəsinin sədri, deputat Qənirə Paşayeva sentyabrın 28-də müalicə olun­duğu Mərkəzi Klinik Xəstəxananın Reani­masiya şöbəsində vəfat edib.

XQ

Son xəbərlər