Millimizin reytinqdə mövqeyi dəyişməz qalıb

post-img

Sentyabr ayı üçün milli komandaların dünya reytinqi müəyyənləşib. 

FIFA-nın açıqladığı cədvəldə Azər­baycan milli komandasının mövqeyi dəyişməz qalıb. Milli komanda 1147 xalla 121-ci pillədədir. 

Hesabında 1475 xal olan Türkiyə yığması bir pillə geriləyərək 42-ci yerdə qərarlaşıb. 

DÇ-2022-nin qalibi Argentina yığ­ması 1851 xalla liderdir. Fransa (1840) ikinci, Braziliya (1837) isə üçüncü sıra­dadır. 

Leyla SABİRQIZI
XQ

İdman