“Qarabağ” Avropa Liqasının qrup mərhələsinə qələbə ilə başlayıb

post-img

“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində mübarizəyə start verib. 

H qrupunda yer alan Azərbaycan çempionu ilk oyununda Norveç klubu “Molde” ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika Stadionunda keçi­rilən qarşılaşmanın 56-cı dəqiqəsin­də komandamızın heyətində Leandro Andrade fərqlənib - 1:0. Bu qol həm də matçın taleyini həll edib. Beləliklə, oyun “Qarabağ”ın xeyrinə 1:0 hesabı ilə başa çatıb. 

Qarşılaşmanı şotlandiyalı hakim Con Biton idarə edib. 

Qeyd edək ki, II turun oyunları oktyabrın 5-də keçiriləcək. Həmin gün “Qarabağ” “Hakken”in, “Bayer” isə “Molde”nin qonağı olacaq. 

Leyla SABİRQIZI
XQ

İdman