Dünya çempionatı: 3 final, 1 Olimpiya lisenziyası

post-img

Azərbaycanın yunan-Roma güləşçiləri Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yarışın ilk günündə uğurla çıxış ediblər. 

Güləşçilərimizdən Sənan Süleyma­nov (77 kq) yarımfinalda Ermənistan təmsilçisi Malxas Amoyana 5:0 hesabı ilə qalib gələrək finala yüksəlib və Olim­piadaya lisenziya əldə edib. 

Komandamızın digər üzvləri Eldə­niz Əzizli (5 kq) iranlı Puya Dad Mar­zanı 3:2, Rafiq Hüseynov (82 kq) isə türkiyəli Burhan Akbudakı sonuncu xal prinsipinə əsasən (5:5) məğlub edərək 3-cü dəfə dünya çempionatının finalına yüksəliblər. 

Leyla SABİRQIZI
XQ

 

İdman