“Yumurtanı axşam ye”

post-img

Yumurta protein və zülal mənbəyi kimi həm də arıqlamaq istəyənlər üçün günün müəyyən saatlarında qəbul edilən qidadır. Həkim İqor Strokov artıq çəkidən əziyyət çəkib arıqlamaq istəyənlərə maraqlı məsləhət verib. 

O bildirib ki, tez arıqlamaq istəyənlər yumurta yeyə bilərlər. Çünki yumurtada olan zülal mad­dələr mübadiləsini aktivləşdirir, əzələ kütləsini formalaşdırır. Amma arıqlamaq üçün yumurtanı səhərlər yemək uyğun deyil. Onu axşamlar yemək lazımdır, həm asan həzm olacaq, həm də yuxunu yaxşılaş­dıracaq. 

Orqanizm axşam yeyilən yu­murtanı həzm etmək üçün çox enerji xərcləyir, nəticədə, artıq piy­lər yanır. Beləliklə, insan yuxuda artıq kilolardan xilas ola bilir. 

Pəhriz zamanı yumurtanın suda qaynadılmışı yeyilir. Onu tərəvəzlərlə qarışdırıb yağsız bişir­mək də olar. 

Həkim, həmçinin yumurtanın qanda şəkəri tənzimlədiyini də bil­dirib. 

Xalqımızda isə, nədənsə, belə bir deyim var: “Yumurtanı səhər özün ye, günorta dostuna ver, ax­şam düşməninə”. 

Z.HÜSEYNLİ
XQ

Sosial həyat