Ermənistan artıq silahları Rusiyadan deyil, Hindistandan alır

post-img

Ermənistan Rusiya ilə müdafiə müqavilələrindən imtina edərək Hindistanın özəl hərbi şirkətləri ilə müqavilələr imzalayıb. Ermənistan mətbuatı yazır ki, bununla bağlı Hindistan şirkətlərinə 500 milyon dollar köçürülüb. 

Ermənistan KİV-i ölkə və Rusiya mənbələrinə istinadən xəbər verib ki, ölkənin Müdafiə Nazirliyi Rusiyanın “SMERÇ” tipli raketlər istehsal edən zavodu “NPO Splav” ASC ilə müqavilə imzalasa da, raketləri almaqdan imtina edib. Zavod 2 il ərzində Ermənistana dəfələrlə müraciət etsə də, müsbət cavab verilməyib.

Bundan əlavə, məlum olub ki, 2020-ci il müharibəsindən sonra Rusiya Ermənistana 20 illik kredit müddəti ilə 1 milyard ABŞ dolları və 400 milyon ABŞ dolları dəyərində silah və sursat təklif edib. 400 milyon dollar məbləğində müqavilə təsdiqlənsə də və 1 milyardlıq müqavilələrin təsdiqlənməsinə sayılı günlər qalsa da, Ermənistan bu müqavilələrdən imtina edib. 

Rizvan FİKRƏTOĞLU
XQ

Dünya