Meksikanın Verakrus ştatında parataekvondo üzrə Qran-Pri turnirində komandamız 3 medal qazanıb.
Baş məşqçi Fərid Tağızadənin yetirmələrindən Sabir Zeynalov (58 kq, K-44) bütün döyüşlərini qələbə ilə bitirərək çempion tituluna sahib olub. Onun uğurunu İmaməddin Xəlilov (70 kq, K-44) da təkrarlayıb. İdmançımız bütün rəqiblərinə qalib gələrək komandamızın aktivinə ikinci qızıl medalı yazdırıb. Milli komandamıza digər mükafatı Əbülfəz Abuzərli (80 kq, K-44) qazandırıb. Parataekvondoçumuz 3-cü yeri tutub.
Qeyd edək ki, komandamız bu heyətlə eyni məkanda təşkil ediləcək dünya çempionatında iştirak edəcək. Yarış sentyabrın 21-dən 24-dək davam edəcək.
Leyla SABİRQIZI
XQ