Azərbaycan Milli Olimpiya Komitəsində pakistanlı jurnalistlərlə görüş keçirilib

post-img

Azərbaycan Milli Olimpiya Komitəsində AİJA “Rəqəmsal İdman Jurnalistikası” layihəsi üzrə pakistanlı jurnalistlərin Azərbaycan turunun yekunlarına həsr olunmuş görüş keçirilib.

XQ xəbər verir ki, tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Baş katibi Azər Əliyev, AİJA prezidenti Eldar İsmayılov pakistanlı və yerli media mənsubları  iştirak ediblər.

Toplantı iştirakçılarını salamlayan Çingiz Hüseynzadə bu cür layihələrin önəmindən danışıb və davamlı olmasını tövsiyə edib. Digər natiqlər çıxış edərək layihə haqda məlumat veriblər. Ardınca AIPS prezidenti Gianni Merlo (İtaliya), AIPS Europe prezidenti Charles Camenzuli (Malta), AIPS Asia prezidenti Hee-Don Jung (Koreya), Pakistan İdman Yazarları Federasiyasının (PSWF) prezidenti Amjat Malik Azizin iştirakçılara videotəbriki çatdırılıb. Daha sonra pakistanlı idman jurnalistlərinin Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarətdən başlayan təcrübə turunu özündə əks etdirən qısa videçarx nümayiş etdirilib. Qarşılıqlı xatirə hədiyyələrinin təqdim olunması və ailə fotosu ilə tədbirə yekun vurulub.

Qeyd edək ki, AİJA ilə PSWF arasında imzalanan əməkdaşlıq memorandumunun şərtlərinə uyğun olaraq 9 ay əvvəl Bakıda ZOOM platforması üzərindən "Rəqəmsal idman jurnalistikası" mövzusunda beynəlxalq təlimlərə start verilnişdi. Bakı və regionlardan, həmçinin Pakistan, Əfqanıstan, Malayziya, Şri Lanka və başqa ölkələrdən 100-dən artıq iştirakçı qeydiyyatdan keçərək 20 – 24 dekabr 2022-ci il tarixlərində 5 gün, Bakı vaxtı ilə saat 19:00-dan 20:00-dək AİJA-nın 1-ci vitse prezidenti, AIPS Europe İcraiyyə Komitəsinin üzvü Nərgiz Mahmudzadənin moderatorluğu ilə baş tutan təlimlərdə Gianni Merlo, AIPS-in 1-ci vitse prezidenti Esat Yilmaer (Türkiyə), AIPS Futbol Komissiyasının sədri, çoxsaylı bestseller kitabların müəllifi, dünyaca məşhur idman jurnalisti Keir Radnedge (Böyük Britaniya), Charles Camenzuli (Malta), Hee-Don Jung (Koreya), Amjat Malik Aziz (Pakistan), "Qətər 2022"nin Azərbaycandakı rəsmi yayımcısı İctimai TV-nin əməkdaşı, AİJA versiyasına görə "İlin idman jurnalisti" seçilmiş Elnur Əliyev, Pakistanın digital media üzrə tanınmış mütəxəssisi, jurnalist Muhammad Asif Xan və başqalarının maraqlı mühazirələrini, tövsiyə və təcrübələrini bölüşdülər, mentorlarla canlı debata girdilər. Əvvəlcədən razılaşmaya əsasən, təlimlərdə iştirak edən 7-si gənc olmaqla 9 nəfər Pakistan idman jurnalisti bu il sentyabrın 9-dan 16-dək Bakıda təcrübə mübadiləsi səfərindədirlər. Yaxın aylarda layihənin Pakistan turu çərçivəsində Azərbaycandan olan idman jurnalistlərinin Pakistana səfəri planlaşdırılır.





















İdman