“Sabah” əlcəzairli futbolçunu transfer edib

post-img

Futbol üzrə Azərbaycan Premyer Liqası təmsilçisi “Sabah” Əlcəzair millisinin futbolçusu İshak Belfodili transfer edib.

"XQ" "Sabah" klubunun sosial şəbəkə hesabından yaydığı məlumata istinadən xəbər verir ki, Belfodili karyerası ərzində “Lion” (Fransa), “Bolonya”, “Parma”, “İnter”, “Livorno” (hamısı İtaliya), “Standard” (Belçika), “Verder”, “Hoffenhaym”, “Herta” (hamısı Almaniya) kimi tanınmış klubların formasını geyinib.

Onu da əlavə esək ki, Əlcəzair millisinin üzvü bu ilin yayında Qətərin “Əl-Qarafa” klubundan ayrılıb.

 

Elçin ABBASOV,

XQ

İdman