Üzgüçülərimiz ilin sonunadək hansı yarışlarda iştirak edəcəklər?

post-img

İlin sonuna kimi Azərbaycan Üzgüçülük Federasiyasının tədbirlər proqramına uyğun olaraq bir neçə yarışın keçirilməsi və milli komandanın beynəlxalq turnirlərdə iştirakı nəzərdə tutulur. 

"XQ" xəbər verir ki, bu barədə Azərbaycanın Üzgüçülük növü üzrə milli komandasının baş məşqçisi Rəşad Əbdürrəhmanov məlumat  verib. Onun sözlərinə görə, bu il millinin 10-30 oktyabr tarixlərində Mingəçevir şəhərində Kür təlim-tədris mərkəzində təlim-məşq toplanışında iştirak etməsi planlaşdırılır. Noyabr ayının 10-15 tarixlərində isə Bakıda, Su İdman Sarayında Respublika Kuboku təşkil olunacaq ki, burada yarışlarda Üzgüçülük üzrə milli komandaya növbəti seçim reallaşdırılacaq. 

Beynəlxalq yarışlara gəlincə isə, milli komandanın üzgüçüləri oktyabr və noyabr aylarında Almaniyada, Qətərdə və Kanada da keçiriləcək Dunya kuboku mərhələrində öz güclərini sınayacaqlar. Bundan başqa, üzgüçülərimiz dekabr ayında Rumıniyanın Buxarest şəhərində keçiriləcək üzgüçülük üzrə Avropa Çempionatında mübarizə aparacaq.

 

Elçin ABBASOV,

XQ

İdman