Putin və Kim Çen Inın görüşü

post-img

Bu gün RF Prezidenti Vladimir Putin və KXDR lideri Kim Çen In arasında Vostok kosmodromunda 4 saatdan artıq müxtəlif formatlarda davam edən görüş başa çatıb. Məlumatı “İzvestiya.ru” verib. 

Putin bildirib ki, Kim Çen Inla danışıqlar zamanı ikitərəfli münasibətləri müzakirə ediblər: “Görüş yaxşı keçdi. Çox məhsuldar oldu. Region və ikitərəfli münasibətlərlə bağlı açıq fikir mübadiləsi apardıq”.

Putinin sözlərinə görə, Rusiya və KXDR arasında qarşılıqlı əlaqələr pandemiya dövründə zəifləyib. Onda Şimali Koreya xarici dünyaya qapanıb: “Ancaq bizim çoxlu maraqlı layihələrimiz var”. 

Görüşdən sora RF lideri KXDR başçısına rəsmi nahar verib. 

 

Paşa ƏMİRCANOV

XQ

Dünya