Sentyabrın 19-dan 25-dək İtaliyanın Alghero şəhərində təşkil olunacaq çimərlik futbolu üzrə Avropa Superfinalının təqvimi müəyyənləşib.
Turnirdə iştirak edəcək Azərbaycan milli komandasının da oyunlarının vaxtı dəqiqləşib.
Yığmamız Türkiyə ilə sentyabrın 19-u, (Bakı vaxtı ilə saat 12:15-də), Rumıniya ilə 1 gün sonra eyni saatda qarşılaşacaq. Sentyabrın 21-də oynanılacaq İsveçrə – Azərbaycan matçı isə saat 16:00-da başlayacaq.
Leyla SABİRQIZI
XQ

