İdmançımız Almaniyada 3-cü olub

post-img

Sentyabrın 1-dən 3-dək atçılıq idmanının dresaj növü üzrə Almaniyanın ən güclülərinin iştirak etdiyi açıq çempionatda milli yığmamızın üzvü Aqata Zəhrabəyova uğurla çıxış edib. 

Azərbaycan yığmasının üzvü 25 idmançının iştirakı ilə keçirilən həlledici mərhələdə 3-cü yeri tutub.

Qeyd edək ki, Aqata Zəhrabəyova mütəmadi olaraq Azərbaycan Atçılıq Federasiyasının dəstəyi ilə Almaniyanın Düsseldorf şəhərində təlim-məşq toplanışlarına qatılır və ölkəmizi Avropanın ən mötəbər turnirlərində təmsil edir.

Leyla SABİRQIZI 
XQ

İdman