"Qəbələ" və "Neftçi"dən eyni hesablı qələbə

post-img

Bu gün Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun daha iki oyunu keçirilib.

"XQ" Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbər verir ki, günün ilk matçında "Qəbələ" "Zirə"ni qəbul edib.

Qarşılaşma bölgə təmsilçisinin qələbəsi 1:0 hesablı qələbəsilə başa çatıb. Oyunda yeganə qolu 20-ci dəqiqədə Rauf Hüseynli vurub.

Beləliklə, ilk qələbəsini qazanan meydan sahibləri 3 xalla sonuncu pillədə qərarlaşıb. İlk IV turda ardıcıl qələbə qazanan "Zirə"  klubu isə 12 xalla turnir cədvəlində liderdir.

Qeyd edək ki, günün ikinci matçında " Sumqayıt"  klubu "Nefrçi"ni qəbul edib. "Kapital Bank Arena" keçirilən görüş qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu 74-cü dəqiqədə "Neftçi"nin legioneri Dieqo Valdes vurub.

Ardıcıl ikinci qələbəsini qazanan "Neftçi" xallarını 8-ə çatdıraraq turnir cədvəlində üçüncü pilləyə yüksəlib. 7 xalı olan "Sumqayıt" isə dördüncü sıraya geriləyib.

Onu da əlavə edək ki, V turun əvvəlki oyunlarında "Turan Tovuz" səfərdə "Sabah"a 3:0, "Qəbələ" isə evdə "Zirə"yə 1:0 hesabı ilə qalib gəlib. Tura sentyabrın 3-də keçiriləcək "Kəpəz" - "Araz-Naxçıvan" və "Səbail" - "Qarabağ" matçları ilə yekun vurulacaq.

 Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman