Niger Ali Məhkəməsi Fransa səfirinin ölkədən çıxarılmasını təsdiqləyib

post-img

Fransa Nigerdə hakimiyyətə gəlmiş qiyamçıları tanımaqdan imtina edir və həmçinin EKOVAS-ın Nigerə müdaxilə etmək planlarını dəstəkləyir. Üsyançıların Parislə hərbi müqavilələri pozaraq ordunu döyüş hazırlığı vəziyyətinə gətirdikləri bildirilir.

Bloomberg xəbər verir ki, Niger Ali Məhkəməsi Fransa səfiri Silvain İtteni diplomatik toxunulmazlıqdan məhrum edib və onun ölkədən dərhal qovulmasını təsdiqləyib.

Nigerdəki hərbi qiyamçılar bundan əvvəl Parisdən səfirin geri çağırılmasını tələb etmişdilər. Bu, Fransanın "diplomatik münasibətləri tənzimləyən Vyana Konvensiyasını pozan, o cümlədən hava məkanının pozulması və Niger və onun xalqının maraqlarına zidd olan digər hərəkətlər" yaratması ilə əsaslandırılır. 

Son tarix 28 avqust idi, ancaq Fransa səfirini geri çağırmadı. "Les Echos" qeyd edir ki, Fransa prezidenti  Emmanuel Makron təzyiqlərə baxmayaraq diplomatın Nigerdə ​​qalacağını bildirib. Fransanın Baş Qərargahı vurğulayıb ki, ölkənin silahlı qüvvələri “Nigerdə ​​hərbi və diplomatik təsirləri sarsıdacaq istənilən gərginliyin bərpasına cavab verməyə hazırdır”.

XQ

Dünya