Bakıda keçirilən şahmat üzrə Dünya Kubokuna bu gün yekun vurulacaq

post-img

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokuna bu gün yekun vurulacaq.

Məlumat üçün deyək ki, çempionluq və üçüncü yer uğrunda mübarizə aparan şahmatçılar medalların taleyinə tay-brekdə aydınlıq gətirəcəklər.

Finalda norveçli Maqnus Karlsenlə hindistanlı Rameşbaba Praqnanandxa münasibətlərinə aydınlıq gətirəcəklər. Onların əvvəlki iki duelində heç-heçə qeydə alınıb.

Qeyd edək ki, Azərbaycan şahmatçısı Nicat Abasov isə bürünc medal uğrunda mübarizədə ABŞ təmsilçisi Fabiano Karuanayla qarşılaşacaq. Abasov ilk görüşdə Karuanaya qalib gəlsə də, ikinci oyunda rəqibinə uduzub.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman