Paralimpiyaçılarımız Niderlandda 13 medal qazanıblar

post-img

Niderlandın Rotterdam şəhərində keçirilən Avropa Paralimpiya Çempionatı başa çatıb. Azərbaycan Milli Paralimpiya Komitəsinfən “Xalq qəzeti”nə bildirilib ki, yarışda ölkəmizi 35 idmançı 7 idman növündə təmsil edib.

Milli komandanın üzvləri Şəhanə Hacıyeva (cüdo), Xanım Hüseynova (cüdo), İmaməddin Xəlilov (takevondo), Əbülfəz Abuzərli (taekvondo) Avropa Paralimpiya Çempionatının qızıl medalını qazanıblar.

Namiq Abaslı (cüdo), Dürsədəf Kərimova (cüdo), İlham Zəkiyev (cüdo), Röyalə Fətəliyeva (taekvondo) çempionatın gümüş medalına sahib çıxıblar.
Millinin digər üzvləri İsmayıl Muradov (cüdo), Xatirə İsmiyeva (cüdo), Sabir Zeynalov (taekvondo), Amin Şıxalıyev (taekvondo) və Aybəniz Babayeva (güllə atıcılığı) yarışların bürünc medalını qazanıblar.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman