Avstriya atıcısı Bakıda qızıl medal qazanıb

post-img

Pnevmatik tüfəngdən 50 m məsafəyə 3 mövqedən atəş üzrə kişilər arasında yarışda Avstriya təmsilçisi Aleksander Şmirl qızıl medal qazanaraq atıcılıq üzrə dünya çempionu tituluna yiyələnib. 

Azərbaycan Atıcılıq Federasiyasından “Xalq qəzeti”nə bildirilib ki, Çexiyalı Pyotr Nimburski 459.2 xalla gümüş medal sahibi olub. Yarışın bürünc medalı 450 xal toplayan hindistanlı Akhil Şeorana nəsib olub. Hindistanlı oyunçunun öz ölkəsinə Olimpiya lisenziyası qazanmasını Beynəlxalq Olimpiya Komitəsi də xəbər edib. “Paris-2024”ə digər lisenziyaları öz ölkələrinə Avstriya, İsveçrə və Finlandiya atletləri qazandırıblar.

 “Xalq qəzeti”

İdman