Bu axşam Ağdamın "Qarabağ" klubu UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində Helsinkinin HİK komandası ilə üz-üzə gələcək.
Matç Helsinkinin "Bolt Arena" stadionunda keçiriləcək. Bakı vaxtı ilə saat 20:00-da start götürəcək görüşü Fransadan olan FİFA referisi Villi Delajod idarə edəcək.
Qeyd edək ki, ilk oyunda Azərbaycan təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.
Məlumat üçün onu da deyək ki, bugünkü görüşün qalibi növbəti raundda Sloveniya çempionu "Olimpiya" ilə qarşılaşacaq.
Elçin ABBASOV,
"Xalq qəzeti"

