UEFA Konfrans Liqası: "Neftçi" və "Sabah" cavab oyununa çıxacaqlar

post-img

Bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunları baş tutacaq.

Turnirdə çıxış edən Azərbaycan təmsilçiləri-- “Neftçi” və “Sabah” klubları növbəti matçlarına çıxacaqlar.

Hər iki komanda cavab matçını səfərdə keçirəcək. Belə ki, “Neftçi” Türkiyədə “Beşiktaş”ın, “Sabah” isə Serbiyada “Partizan”ın qonağı olacaqlar. 

Qeyd edək ki, "Neftçi" ilk matçda doğma meydanda "Beşiktaş"a məğlub olub-1:3. "Sabah" isə ev oyununda "Partizan" üzərində  2:0 hesablı qələbə qazanıb.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman