Mbappenin şəkli "Park de Prens"in üzərindən sökülüb

post-img

"Le10sport" portalı yazır ki, Parisin PSJ klubunun hücumçusu Kilian Mbappenin şəkli "Park de Prens" stadionunun üzərindən sökülüb. Hətta klub rəhbərliyi tərəfindən onun stadiona girişinə qadağa qoyulmasının planlaşdırıldığı iddia edilir.

Ekapertlər Mbappenin şəklinin sökülməsinə münasibət bildirərək iddia edirlər ki, Paris təmsilçisi bu addımla 24 yaşlı hücumçunun artıq kluba lazım olmadığını daha aydın formada göstərmək istəyir.

Qeyd edək ki, bu yay Mbappe PSJ ilə 2024-2025-ci illər mövsümü üçün müqavilənin avtomatik uzadılması variantından imtina edib. İddiaya görə, o, bu yay "transfer pəncərəsi"ndə Madridin "Real" klubuna keçmək niyyətindədir.

Xatırladaq ki, Mbappe ötən mövsüm PSJ-nin heyətində 34 liqa oyununa çıxıb, 29 qol vurub və 5 məhsuldar ötürmə edib.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman