“Neftçi”,“Sabah” və “Qəbələ” üçün sınaq gecəsi

post-img

Bu axşam “Neftçi”,“Sabah” və “Qəbələ” klubları UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində cavab oyunlarına çıxacaqlar.

Təmsilçilərimizdən meydana əvvəlcə “Sabah” klubu çıxacaq. Murad Musayevin yetirmələri “Bank Respublika Arena”da Latviyanın RFŞ komandasını sınağa çəkəcəklər. Matç saat 20:00-da start götürəcək. Qeyd edək ki, Latviyada ilk oyunda Bakı təmsilçisi rəqibini səfərdə 2:0 hesabı ilə məğlub edib.

“Neftçi” və “Qəbələ” klubları saat 21:00-da meydana çıxacaqlar. "Neftçi" Bosniya və Herseqovinanın (ilk oyun 2:2 hesablı heç-heçə bitib) “Jelezniçar” komandası ilə qarşılaşacaq.

Daha bir təmsilçimiz “Qəbələ” klubu isə Kiprdə “Omoniya” komandasının qonağı olacaq. Qeyd edək ki, Qəbələdəki ilk görüş Kipr təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman