UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulub

post-img

Dünən axşam UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab görüşləri keçirilib. Bununla da II təsnifat mərhələsinə yekun vurulub və III raundun növbəti iştirakçıları müəyyənləşib.

Beləliklə, avqustun 1-də keçirilmiş  oyunların nəticələrinə əsasən, Yunanıstanın “Panatinaikos”, Sloveniyanın “Olimpiya”, Kiprin “Aris” və Slovakiyanın “Slovan” komandaları III raunda yüksəliblər. 

Dünən axşam keçirilən görüşlərin nəticələrinə görə, Türkiyənin “Qalatasaray”, Xorvatiyanın “Zaqreb”, Polşanın “Rakuv”, İsveçrənin “Servett”, Farer adalarının “Klaksvik”, Norveçin “Molde”, İsrailin “Makkabi” (Hayfa), Danimarkanın “Kopenhagen” və İsveçin “Hakken” klubları III təsnifat mərhələsinə vəsiqəni təmin ediblər.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman