Mançesterdə üçüncü medal

post-img

Azərbaycanın para-üzgüçüsü Raman Saleyi İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatında üçüncü medalını qazanıb.
Azərbaycan Milli Paralimpiya Komitəsinin məlumatına görə, üçqat paralimpiya çempionu 50 metr məsafəyə sərbəst üzməkdə 24,40 saniyə nəticə göstərərək üçüncü yeri tutub.

Onu da əlavə edək ki, Raman Saleyi daha əvvəl 100 metr məsafəyə arxası üstə üzməkdə gümüş, eyni məsafəyə butterflyay üsulunda üzməkdə isə bürünc medala sahib çıxıb.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman