Meşəli sakini: 7 aylıq körpəmi güllə yağışından qorumaq üçün onu kürəyimə bağlayıb yerlə sürünürdüm

post-img

Meşəli faciəsinin canlı şahidləri həmin müdhiş hadisə barədə danışırlar.

"Meşəli şəhidi Bəhlul Hümbətovun ailəsinin məskunlaşdığı evdə kənd sakinlərindən Əvəz Mehralıyev və onun həyat yoldaşı Ziba Mehralıyeva həmin günün canlı şahidləri kimi Meşəlidə soyqırımı cinayəti törədənləri, xüsusilə onların başçılarından biri Xaçatıryan Vaqif Çerkezoviçin qanlı cinayətlərindən danışır, insanlığa ləkə olan erməni faşistlərini lənətləyirlər. Meşəli kəndinin şəhidlərindən biri olan Bəhlul Hümbətovun gəlini Aygün, şəhidin nəvələri Bəhlul və Bəhruz Hümbətovlar şəhid Bəhlul Hümbətovun məzarının Laçın rayonunun Fərraş kəndində ziyarət etmələrindən ürək yanğısı ilə söhbət açdılar. Bir faktı xüsusilə diqqətimizə çatdıran Ziba Mehralıyeva həmin günün şahidi kimi deyir ki, Meşəli kəndində şəhid olan camaatımızı Laçın rayonunun Fərraş kəndində dəfn etdik. Şəhid olan kəndlilərimizin bir neçəsi ermənilər tərəfindən yandırıldığına görə, onların külünü yığıb özümüzlə aparmışdıq. Elə həmin kənddə də şəhidlərimizi dəfn etdik. 32 il həmin məzarları ziyarət edə bilmədik. Ürəklərimiz qan ağlayırdı..."


Xalq TV