"İrəvan" komandası heyətini gücləndirir

post-img

1-ci Liqada mübarizə aparacaq "İrəvan" komandası səviyyəli futbolçular transfer etməklə heyətini  gücləndirir. Klubun mətbuat midmətinin rəhbəri Mübariz Süleymanlının verdiyi məlumata görə, "İrəvan" FK-nın idarə heyətinin növbəti iclası keçirilib. 

Klubun idarə heyətinin sədri Zülfüqar Kazımov və klubun prezidenti Zahid Niyazəliyev ASK Arenada aparılan məşqlərdən, qısa bir zamanda yeni transfer olunan oyunçularla gücləndirilən komandadan danışdıqdan sonra transfer olunan növbəti futbolçunu, "Neftçi "klubunun yetirməsi olan Vüsal Əsgərovu ictimaiyyətə təqdim ediblər.

Xatırladaq ki, 2023/2024-cü illər mövsümündə 1-ci Liqada 10 komandanın iştirakı ilə keçiriləcək. Reqlamentə görə, 1-ci Liqada 1-ci yeri tutan komanda növbəti mövsüm Premyer Liqaya vəsiqə qazanacaq.

 

İdman