Pakistanda hücuma görə məsuliyyəti DEAŞ öz üzərinə götürüb

post-img

Pakistanın şimal-qərbindəki Hayber-Paxtunxva əyalətində hakim koalisiya partiyası olan İslam Alimləri Assambleyasının konqresini hədəf götürən və 54 nəfərin ölümü ilə nəticələnən terror aktına görə məsuliyyəti DEAŞ terror təşkilatı öz üzərinə götürüb.

Terror təşkilatı DEAŞ sosial media hesablarından paylaşım edərək, hücuma görə məsuliyyəti öz üzərinə götürdüyünü açıqlayıb.

Xatırladaq ki, iyulun 30-da Pakistanın Hayber-Paxtunxvanın Bajaur bölgəsində JUI-F üzvlərinin konqresə təşkil etdiyi hücumda 54 nəfər həyatını itirib, 200-ə yaxın insan isə yaralanıb.

Anar ƏLİ,
“Xalq qəzeti”

Dünya