“Neftçi” “Jelezniçar”la oyunu heç-heçə başa vurub

post-img

Azərbaycan Premyer Liqası təmsilçisi Bakının "Neftçi" klubu UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində səfərdə Bosniya və Herseqovinanın  “Jelezniçar” komandasının qonağı olub. Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.

“Qrbavitsa” stadionunda keçirilən matçın 14-cü dəqiqəsində hesabı Cenan Haraçiçin qolu ilə meydan sahibləri açıb. Oyunun 42-ci dəqiqəsində "Neftçi" Kilan Lebonun qolu ilə hesaba tarazlıq gətirib. “Jelezniçar” klubu 45+10-cu dəqiqədə yenidən üstünlüyü ələ keçirib. Komandanın heyətində Cozef Amoa fərqlənib. Qarşılaşmanın 90+4-cü dəqiqəsində "Bakı" klubunun yarımmüdafiəçisi Rəhman Hacıyev hesabı bərabərləşdirib.

Qeyd edək ki, bu cütün qalibinin üçüncü təsnifat mərhələsindəki rəqibi "Beşiktaş" (Türkiyə) - "Tirana" (Albaniya) duetinin güclüsü olacaq.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman