U-16 millimiz Avropa çempionatı "C" divizionunun gümüş mükafatını qazana bilib

post-img

Kosovonun paytaxtı Priştina şəhərində 16 yaşlı oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı "C" divizionunun final oyunu baş tutub. 

FİBA-nın saytında yer alan məlumata görə, final qarşılaşmasında U-16 millimiz Cənubi Kipr yığması ilə qarşılaşıb. Gərgin və maraqlı keçən final oyunun yekununda yeniyetmələrimiz rəqibinə 75-78 hesabı ilə məğlub olaraq, Avropa çempionatı "C" divizionunu ikinci sırada tamamlayıb.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman