Moskva yenidən PUA hücumuna məruz qalıb

post-img

Rusiya paytaxtına yenidən pilotsuz uçuş aparatları (PUA) ilə hücum olub. Hücum iyulun 28-də gecə saatlarında edilib. “Xalq qəzeti” xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin bildirib.

Sobyanın deyib ki, PUA-lar zərərsizləşdirilib, dağıntı və xəsarət alan olmayıb.

Rusiya Müdafiə Nazirliyi də məlumatı təsdiqləyib. Nazirlik hücuma görə Ukraynanı ittiham edib. Bildirilib ki, PUA hava hücumundan müdafiə sistemləri vasitəsilə məhv edilib.

Qeyd edək ki, dörd gün əvvəl, iyulun 24-də də Moskvaya PUA-larla hücum edilmişdi. Rusiyanın Müdafiə Nazirliyi PUA-ların zərərsizləşdirildiyini açıqlamışdı.

“Xalq qəzeti”

Dünya