“Sabah” bu gün debüt edəcək

post-img

“Sabah” klubu bu gün UEFA Konfrans Liqasında mübarizəyə başlayacaq. Azərbaycan Premyer Liqasının gümüş medalçıları Latviyada RFS komandası ilə qarşılaşacaq.

Bununla da Murad Musayevin yetirmələri Latviyada avrokuboklarda debüt edəcək.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək matçın baş hakimi çexiyalı FIFA referi Yan Maxalek olacaq. Cavab görüşü isə bir həftə sonra “Bank Respublika Arena”da baş tutacaq.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman