Basketbolçularımız Avropa çempionu olublar

post-img

Qızlardan ibarət millimiz Andorrada 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatının “C” divizionunda ən yüksək nəticə qazanıb. 

U-16 komandamız ev sahibi Andorra seçməsi arasında keçirilmiş final oyu­nunda rəqibinə 57-45 hesabı ilə qalib gələrək Avropa çempionu olub. Bu çempi­onluq Azərbaycan qadın basketbolu tarixində ilk belə böyük uğurdur.

Leyla QURBANOVA, “Xalq qəzeti”

İdman