Azərbaycanın gənc atıcıları Koreyanın Çanqon şəhərində gənclər arasında keçirilən dünya birinciliyində uğurla çıxış edərək qızıl və bürünc medal qazanıblar.
Azərbaycan Atıcılıq Federasiyasından “Xalq qəzeti”nə bildiriblər ki, qızlar arasında 50 metr məsafəyə tapançadan atəşaçma yarışlarında Xanna Əliyeva 520 xalla birinci, Leyli Əliyeva isə 510 xalla üçüncü yeri tutublar.
İyulun 14-də start götürən yarış bu gün başa çatacaq.
Leyla QURBANOVA, “Xalq qəzeti”