Karateçilərimizin Yaponiya uğuru

post-img

Azərbaycan karateçiləri Yaponiyanın Okinava şəhərində keçirilən beynəlxalq turnirdə 6 medal qazanıblar. 

Bu barədə Azərbaycan Koşiki Karate-do Federasiyasının fəxri prezidenti Ad­nan Əhmədzadə tviterdə bildirib. O qeyd edib ki, kata və kumite üzrə qazanılan medalların 5-i qızıl, 1-i isə bürüncdür. 

“Çempionlarımız Sevinc, Nazim və Kənanı və Azərbaycan Koşiki Karate-do Federasiyasını təbrik edirəm!”, - deyə o bildirib. 

Leyla QURBANOVA, “Xalq qəzeti”

İdman