Qidamızda mütləq qaydada çörəyə üstünlük verən xalq olaraq hər növ xörəyi məhz çörəklə yeməyə çalışırıq. Doyma hissini yalnız çörəyin yaratdığına özümüzü inandırırıq.
Amma tədqiqatlarla sübut olunub ki, çörəyin xeyrindən çox, zərərləri də az deyil.
Türkiyəli mütəxəssis Doğan Soyalpın fikrincə, çörəyin 7 xəstəliyə mənfi təsiri var. Bunlar aşağıdakılardır:
1.Ekzema, sədəf, vitiliqo kimi dəri xəstəlikləri.
2. Endokrin xəstəlikləri– haşimoto, qraves .
3. Revmatik xəstəliklər– artrit, ankilozan spondilit.
4. Xoralı kolit, irinli bağırsaq sindromu və çölyak.
5. Diabet, hipertoniya, qanazlığı, sonsuzluq.
6. Alsheymer, parkinson.
7. Panik atak, depressiya, narahatlıq kimi psixiatrik xəstəliklər.
Doğan Soylap deyib ki, sadalananlardan hər hansı biri sizdə varsa və çörək yeməyə davam edirsinizsə, bu xəstəliklər heç bir müalicə ilə sizdən əl çəkməyəcək.
Zərifə HÜSEYNLİ, “Xalq qəzeti”