Güclü külək əsəcək, yağış, leysan yağacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrome­teorologiya Xidmətinin verdiyi məlumata əsasən iyulun 25-də Bakıda və Abşeron yarımadasında dəyişkən bu­ludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağ­mursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarıma­danın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Gecə 19-24°, gündüz 25-29° isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu:

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti Cənub çimərlik­lərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq. Küləkli hava şəraiti dənizdə yüksək dalğalanma yarada­caq ki, bununla əlaqədar əhalinin çimərliklərdə ehtiyatlı olması tövsiyə olunur. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlə­nilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayon­larda duman olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-24° , gündüz 29-34° , dağlarda gecə 9-14°, gündüz 14-17° isti olacaq.

Q. QASIMOV, “Xalq qəzeti”

Ekologiya