Millimizin inamlı qələbələri

post-img

Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışında olan basketbol üzrə oğlanlardan ibarət U-16 millimiz Avropa çempionatı öncəsi yoxlama oyunlarında öz gücünü sınayıb. 

Baş məşqçi Tahir Baxşıyev və köməkçisi Polad Həsənovun rəhbərlik etdiyi yığmamız ilk yoxlama oyununda U-16 Bəhreyn millisinə 70-62, ikinci oyunda isə U-16 Küveyt seçməsinə 69-49 hesabı ilə qalib gəlib. 

Qeyd edək ki, millimizin hazırlıq prosesi iyulun 18-də yekunlaşacaq.

L.AZAD, 
“Xalq qəzeti”

 

İdman