Dahinin qaralaması rekord qiymətə satılıb

post-img

Albert Eynşteynin hesablama apardığı qaralama kağızlar rekord qiymətə - 604 min 800 funta satılıb.

Məşhur fizikin qeydlərinin olduğu səhifələrin 80 min funta satılacağı təxmin edilirdi. Bu rəqəmdən 80 dəfə baha qiymətə alınan sənəd “Christie’s” hərrac evində satışa çıxarılıb.

Məşhur fizik Albert Eynşteyn 1936-cı ildə hesablamalarını 3 səhifəyə yazıb. Eynşteyn bu sənədlərdə qravitasiya obyektivinin diaqramını və 30-dan çox mürəkkəb hesablamaları qeyd edib.

 

F. HÜQUQQIZI, 
“Xalq qəzeti”

 

Dünya