Azərbaycan komandası Paris Yay Paralimpiya Oyunlarına dördüncü lisenziyanı qazanıb.
Milli Paralimpiya Komitəsindən “Xalq qəzeti”nə bildiriblər ki, atletika üzrə milli komandanın üzvü Orxan Aslanov Parisdə keçirilən dünya çempionatında uzunluğa tullanma növündə (T13 kateqoriyasında) 6,95 metr nəticə göstərərək dördüncü yerə sahib olub.
Qeyd edək ki, dünya çempionatında ilk dörd yerə sahib çıxan atletlər XVII Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanırlar.
Xatırladaq ki, daha əvvəl milli komandanın üzvləri Lamiyə Vəliyeva, Oloxan Musayev və Səid Nəcəfzadə Yay Paralimpiya Oyunlarına lisenziya əldə ediblər.
L.AZAD,
“Xalq qəzeti”